“Paşinyan və ortaqlarının xəyanəti nəticəsində Şuşa əldən getdi” - Erməni siyasətçi

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan və ortaqlarının xəyanəti nəticəsində Şuşa əldən getdi” - Erməni siyasətçi

Siyasət

14 Noyabr 2020 14:10 1207


Ermənistan Baş naziri Nikol Paşinyanın etirafları erməni ictimai-siyasi mühitində müzakirələrə səbəb olub.

Yenisabah.az xatırladır ki, Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində Şuşanın döyüşsüz təslim edilməsi ssenarisinin olduğunu bildirib. O, həmçinin qeyd edib ki, müharibənin dayandırılması barədə qərar artıq müqavimət göstərməyin mənasız olduğu vaxtda verilib.

Baş nazir bildirib ki, Şuşanın döyüşsüz təslim edilməsinə razı olmasa da, şəhərin ititrlməsi artıq müqavimətin mənasız olduğunu ortaya qoyub. O həmçinin Şuşa ilə bağlı hansısa sui-qəsd planının olduğunu deyib.

Paşinyanın bu açıqlaması xəyanətin etirafı kimi qiymətləndirilir.

“Birləşmiş Ermənistan” partiyasının həmtəsisçisi Artur Kazinyan Baş nazirin açıqlamasına münasibət bildirərkən “Bu 44 gün ərzində sadəlövh insanlarımızı yalanlarla bəsləyən xəyanət müəllifinin etirafı idi” deyib.

O daha sonra Paşinyan hakimiyyətinin xəyanəti haqqında hələ müharibənin başlanğıcında sosial şəbəkədə yazdığını bildirib.

“Oktyabrın 29-da səhifəmdə mesaj ünvanladım və sonra sildim. Çünki o zaman bu mesaj səhifəmdə uzun müddət qala bilməzdi.

Mesaj “fake hökmdarı”na (Paşinyanı nəzərdə tutur -red) ünvanlanmışdı. Ona Şuşanın təslim edilməsi üçün hazırlanan sui-qəsd planları barədə məlumatlı olduğumu göstərmək istədim.

Əliyev müharibənin dərhal dayandırılması üçün Baş nazirə Şuşadan imtina etməyi əmr etdi. Bu barədə Şuşa uğrunda ölümünə döyüşən könüllülərimizə məlumat verməyə qorxduq.

Baş nazir və ortaqlarının xəyanəti nəticəsində əldən gedən Şuşa uğrunda neçə qəhrəmanı itirdik”, - deyə Kazinyan bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!