Paşinyan yenə aləmi qarışdırdı:   “İki erməni dövləti yaşadıqca, qəhrəmanlarımız sağdır”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan yenə aləmi qarışdırdı: “İki erməni dövləti yaşadıqca, qəhrəmanlarımız sağdır”

Siyasət

21 Sentyabr 2021 23:24 23253


“Məğlubiyyətimiz qələbəyə çevrilməlidir”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan İrəvandakı Respublika Meydanında müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirdəki çıxışında söyləyib.

Paşinyan çıxışına Ermənistanın 30 illik müstəqillik tarixinə ekskurs edib: “Uğur və uğursuzluq, qələbə və məğlubiyyət, göz yaşı və sevinc, ilham və ümidsizlik, heyranlıq və məyusluq, müharibələr, qələbə və məğlubiyyət görəcəyik. İndi sual, necə yaşayacağımız və uşaqların, dul qadınların, ataların gözlərinə necə baxacağımızdır.  Verilmiş qurbanların mənasız sayılmaması üçün nə etməli? Bizim ən böyük vəzifəmiz müstəqil bir dövlətin gələcəyi üçün doğru təlimatları formalaşdırmaqdır”. pizza sifarişi

Paşinyan çıxışında Azərbaycana qarşı yenə də separatçı ifadələrə yer verib: “Məğlubiyyətimizi qələbəyə çevirməliyik. Qəhrəmanlar Ermənistan və “Artsax” uğrunda öldülər. İki erməni dövləti yaşadıqca, qəhrəmanlarımız sağdır, “Artsax” və Ermənistan respublikaları inkişaf edərkən bu, onların qurbanlarının olmadığını göstərir. Söhbət uşaqlarının, qardaş və bacılarının vətənindən gedir”. /Turkustan.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samir Kamilo
    Bunun ağzı cırılmasa və Dığalar Azərbaycan ərazisindən çıxarılmasalar onlar istədikləri vaxtı at oynadacaqlar və bizdə olara sadəcə baxmaqla kifayətlənib əl çalacayıq. Adsız dəyirmanda xoruz banlayar.
    5 years ago
  • Əsgər
    Ay erməni mənim Kəlbəcərdə ki anamın qəbrini gullələməklə yeni erməni dövləti qura bilməyəcəksən.Arsax çoxdan ölüb bir ilinə az qalıb özündə cabalama olərsən
    5 years ago