Paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən obyektlərdən birindən 800 manat dəyərində mobil telefon oğurlanıb.
Yeni Sabah xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 44 yaşlı S.Salamov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı mobil telefonu sonradan satdığı müəyyən edilib. Sezar pizza
Bundan başqa, Sabunçu rayonunda yerləşən mağazalardan birindən 3 ədəd avtomobil mühərriki oğurlamaqda şübhəli bilinən 63 yaşlı İ.Səfərov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız