Paytaxtın hansı küçələrində sıxlıq müşahidə edilir?   - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə edilir? - SİYAHI

Sosial

20 May 2026 18:08 81


Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda: pizza sifarişi

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro stansiyası istiqamətində;

4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;

11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

13. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!