Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda: Toyuqlu pizza
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
3. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;
8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
12. Bülbül prospekti, metronun "Sahil" stansiyasının qarşısında;
13. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
14. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində;
15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
16. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində sıxlıq müşahidə olunur.
Telegram kanalımız