Pekində Azərbaycan Ticarət Evi açılacaq

saytların hazırlanması

Evə çatdırılma

Pekində Azərbaycan Ticarət Evi açılacaq

İqtisadiyyat

01 Sentyabr 2023 10:37 1048


Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılış mərasimi keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib: "Həmkarlarla birgə Çin Xalq Respublikasına səfərimiz çərçivəsində bir sıra rəsmi nümayəndələr və şirkət rəhbərləri ilə görüşlər keçirəcəyik. Pekində Azərbaycan Ticarət Evinin açılış mərasimində və digər tədbirlərdə iştirak edəcəyik". pizza sifarişi

Qeyd edək ki, hazırda Azərbaycanın Çində Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərində dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!