Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA

Siyasət

22 Fevral 2025 20:53 306


Sabiq baş nazir Pənah Heseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasının maliyyə məsələrində çətinlik çəkdiyi barədə iddialar yayılıb. İddialara görə, partiya yaxın günlərdə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandıracaq.

Modern.az iddialarla əlaqədar partiyanın sədri Pənah Hüseyn ilə əlaqə saxlayıb.

O bildirib ki, yayılan fikirlər cəfəngiyyatdır: "Partiyanın daxilində heç bir problem yoxdur. Maliyyə məsələsinə gəldikdə isə bu kimi məsələlərlə bağlı heç bir problemimiz yoxdur və fəaliyyətimizi davam etdiririk. Partiyamızın bağlanması ilə bağlı yayılan fikirlər yalandır”.  Toyuqlu pizza

Qeyd edək ki, bu il dövlət büdcəsindən siyasi partiyalara 6 milyon vəsait ayrılması nəzərdə tutulub. Yeni dəyişikliklərə əsasən, artıq parlamentdə təmsil olunmayan partiyalara da vəsait ayrılır. Artıq bir sıra partiyalara dövlətdən maliyyə ayrılmağa başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!