Pentaqon rəhbəri Bağdada gözlənilməz səfər etdi

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon rəhbəri Bağdada gözlənilməz səfər etdi

Dünya

07 Mart 2023 13:32 502


Pentaqon rəhbəri Bağdada gedib.

Yenisabah.az “Shafaq News”a istinadla xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə elan olunmamış səfərlə bağlı “Twitter”hesabında yazıb:

“Bu gün Bağdada gəldim. Mən daha təhlükəsiz, sabit və suveren İraqa doğru irəliləyərkən Birləşmiş Ştatlar və İraq arasında strateji tərəfdaşlığı bir daha təsdiq etmək üçün buradayam”. Marqarita pizza

Bağdadda Ostin və İraqın baş naziri Məhəmməd əl-Sudani arasında  görüş planlaşdırılır. Bundan sonra o, Kürd Muxtariyyətinin paytaxtı Ərbilə səfər etmək niyyətindədir və burada o, İraq Kürdüstanının rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, Pentaqon Ostinin İraqa səfərini rəsmi olaraq açıqlamayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!