Pentaqon rəhbəri: “Ukrayna ordusu qışa hazırdır“

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon rəhbəri: “Ukrayna ordusu qışa hazırdır“

Dünya

21 Noyabr 2022 15:09 682


“ABŞ Ukraynanı qışda döyüş əməliyyatlarına hazırlamaq üçün çox işlər görüb və müttəfiqləri ilə Kiyevə lazım olan qədər yardım göstərməyə davam edəcək”.

Yenisabah.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin İndoneziyanın müdafiə naziri Prabovo Subinanto ilə Cakartada keçirdiyi mətbuat konfransında məlumat verib.

“Biz Ukraynaya 20 milyard dollardan çox yardım etmişik. Biz Ukraynaya lazım olan qədər dəstək verməyə davam etdirəcəyik. Bilirsiniz ki, bunlar beynəlxalq səylərdir. Mən hər ay təkcə NATO ölkələrinin deyil, eləcə də dünyanın digər ölkələrinin nazirləri ilə də Ukrayna məsələsi ilə bağlı təmas qrupunun görüşlərini keçirirəm. Elə ilk görüşdən onlar Ukraynaya lazım olan qədər bizim verə biləcəyimiz yardımı göstərməyə çox sadiq idilər”, – deyə Ostin bəyan edib. Marqarita pizza

“Qışa gəlincə, biz ukraynalıları gərgin işləməyə hazırlamaq üçün çox iş görmüşük” , – deyə Pentaqonun rəhbəri əmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!