Pentaqon Ukraynaya yeni yardım paketini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Pentaqon Ukraynaya yeni yardım paketini açıqladı

Dünya

20 Yanvar 2023 10:36 470


Pentaqon Ukraynaya növbəti 2,5 milyard dollarlıq yardım paketini açıqlayıb.

Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, siyahıya yüzlərlə zirehli personal daşıyıcısı və piyada döyüş maşını, Ukrayna üçün həyati əhəmiyyət kəsb edən hava hücumundan müdafiə sistemləri və digər silah növləri daxildir.

Müdafiə Nazirliyinin məlumatına görə, bu dəfə Ukrayna NASAMS-ın qabaqcıl zenit-raket kompleksləri, 8 "Avenger" hava hücumundan müdafiə sistemi, 590 "TOW" tank əleyhinə raketi olan 59 "Bradley" piyada döyüş maşını və 25 mm çaplı 295 min patron, 90 "Stryker", 20 minaaxtaran roller, 53 mina və pusqudan mühafizə olunan zirehli personal daşıyıcısı (MRAP) və 350 yüksək hərəkətli çoxməqsədli təkərli nəqliyyat vasitəsi (HMMWV) olan zirehli personal daşıyıcıları alacaq. Dominos pizza

Ümumilikdə, Co Bayden Ağ Evə gəldikdən sonra ABŞ Ukraynaya təhlükəsizlik məqsədilə 27,4 milyard dollardan çox yardım edib. Eyni zamanda, ötən il fevralın 24-də başlayan Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan indiyədək 26,7 milyard dollardan çox vəsait ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!