Peruda 500-dən çox körpəyə Erlinq Holand adı verilib

saytların hazırlanması

Evə çatdırılma

Peruda 500-dən çox körpəyə Erlinq Holand adı verilib

Dünya

11 İyul 2026 22:15 69


2026-cı il futbol üzrə dünya çempionatı zamanı Peruda yüzlərlə yeni doğulan körpə Norveç millisinin ulduzu Erlinq Holandın şərəfinə adlandırılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "L'Equipe" nəşri Peru Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 468 uşağa Holand, daha 91 körpəyə isə Erlinq Holand adı verilib. Dominos pizza

"Futbol ulduzları peruluları uşaqlarına yadda qalan və populyar adlar verməyə ruhlandırır", - deyə Peru Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı Xidmətinin nümayəndəsi İvan Torres bildirib.

Holandın şərəfinə adlandırılan peru­lu körpələrin əksəriyyətinin doğumu dünya çempionatı başlayandan sonrakı ilk günlərdə qeydiyyata alınıb. Norveç millisinin sensasiyalı şəkildə 1/4 finala yüksəlməsindən sonra isə onların sayı kəskin artıb.

Qeyd edək ki, Holand turnirdə keçirdiyi beş oyunda yeddi qol vurub. Norveç millisi iyulun 12-də (Bakı vaxtı ilə saat 01:00-da) 1/4 final mərhələsində İngiltərə ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!