Pərvin Abıyeva məhkəmə qarşısına çıxarılır - 95 min manatlıq SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Pərvin Abıyeva məhkəmə qarşısına çıxarılır - 95 min manatlıq SƏBƏB

Şou

08 Dekabr 2023 18:26 1676


Aktrisa Pərvin Abıyevanın Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az özəl olaraq məlumat əldə edib.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək P.Abıyevanın ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib. Dominos pizza

Buna səbəb isə yığılan vergi borcunun ödənilməməsidir. Əldə etdiyimiz məlumata görə, aktrisanın vergi borcu hazırda 95 min manatı ötüb.

Məhkəmə işi hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmə baxışı dekabrın 14-nə təyin edilib.

Əgər məhkəmə iddianı təmin etsə, aktrisanın Azərbaycandan çıxışı müvəqqəti məhdudlaşdırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!