Peşə təhsili üzrə ixtisasların sayı artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Peşə təhsili üzrə ixtisasların sayı artırıldı

Sosial

14 Oktyabr 2021 17:41 864


Azərbaycanda peşə təhsili üzrə ixtisasların sayı artırılıb.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Kosmetologiya ixtisas qrupu yaradılıb. Bu ixtisas qrupuna Kosmetoloq, texnik, Kosmesevt və masajist ixtisasları daxil edilib. Sezar pizza

Qeyd edək ki, “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə-“mebel ustası”, “Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri” peşə istiqaməti üzrə “Avtomobil diaqnostikası və təmiri ustası”, İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqaməti üzrə “Üzümçülük və şərab ustası”, “İnşaat və arxitektura” peşə istiqaməti üzrə “isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı” ixtisasları yaradılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!