Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Peşəkardan xəbərdarlıq: “Görüntülü zənglərə intim hərəkətlə cavab verməyin“
13 Sen 2021 10:19
1621

Peşəkardan xəbərdarlıq: “Görüntülü zənglərə intim hərəkətlə cavab verməyin“

Azərbaycanda "Man in the middle" və "Spoofing Caller ID" hücumu başlayıb.

Yenisabah.az xəbər verir ki, bir proqram təminatı vasitəsilə istənilən şəxsə istənilən nömrədən zəng etmək olur.

Bu haqda texno-bloqer Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat verib və insanları diqqətli olmağa səsləyib:

“Az əvvəl yoxladım, işləyir. Bu, məşhur "Spoofing Caller ID" hücum növüdür. İstədiyiniz adamın nömrəsi ilə başqasına zəng edirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda "Ata" yazılır, amma danışan başqa adamdır. Yaxud sizə polisdən, bankdan zəng gəlir, yenə də danışan başqası, cinayətkardır”.

Pərdaşünasın sözlərinə görə, sözügedən proqram vasitəsilə insanların şəxsi məlumatları ələ keçirilir:

“Bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir. İşin pis tərəfi budur ki, bu əlavə ilə səsi də dəyişmək olur. Bu metodla Azərbaycanda hücumlar artıq var. Dövlət qurumları həmin əlavəyə çıxışları bağlayıb. Lakin VPN ilə hücumlar olur. Proqram təminatı qlobal işləyir. Yerli operatorların deyil, telekommunikasiya sektorunda bilinən qlobal problemdir. Vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir. Gələn zəngin kimdən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin. Bu bank hesab nömrəniz, ananızın qızlıq soyadı, sirli kod və digər məlumatlardır. Bundan başqa, görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı, ümumiyyətlə, o zənglərə cavab verməyin”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər