Rusiya Türkiyəyə tədarük edilən "S-400" hava hücumundan müdafiə raket sistemləri ilə bağlı Türkiyə ilə əlaqə saxlayır.
"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Türkiyə mediasının Ankaranın ABŞ sanksiyalarından yayınmaq üçün Rusiya "S-400"-lərini Fars körfəzi ölkələrindən birinə satdığına dair məlumatlara münasibət bildirib: Marqarita pizza
"Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə əlaqələrimiz olub və bunu davam etdirəcəyik".
Kreml sözçüsündən Ankaranın belə bir satış üçün Moskvadan icazə istəyib-istəmədiyi və əgər belədirsə, Rusiyanın necə cavab verdiyi soruşulub.
Peskov qeyd edib: "Bu, çox həssas bir məsələdir".
Telegram kanalımız