Peskov: Putinin qapısı istənilən vasitəçi üçün açıqdır

saytların hazırlanması

Evə çatdırılma

Peskov: Putinin qapısı istənilən vasitəçi üçün açıqdır

Dünya

16 İyun 2023 14:04 719


Rusiya prezidenti Vladimir Putin Ukrayna probleminin həlli variantlarını müzakirə etmək üçün istənilən təmaslara açıqdır.

Yenisabah.az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya lideri vəziyyətin nizamlanmasına gətirib çıxara biləcək istənilən ideyanı dəstəkləyir: Toyuqlu pizza

“Əlbəttə, bu problem müxtəlif yollarla həll oluna bilər, ona görə də bu problemin həllinə və münaqişənin sona çatmasına yönəlmiş istənilən mümkün ideyalar, ideyalar toplusu Putin tərəfindən dəstəklənir. Putin bu danışıqlara rəhbərlik edir və Afrika liderləri ilə gözlənilən təmasları alqışlayır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!