Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Volodimir Zelenskinin rus hərbçilərinin Zaporojye AES-i zədələmək planları ilə bağlı bəyanatını şərh edib.
Yenisabah.az "Kommersant"a istinadla xəbər verir ki, Peskov bu açıqlamanı "daha bir yalan" adlandırıb.
O bildirib: “Bu, başqa bir yalandır. Bilirsiniz, indicə orada, yerindəcə MAQATE ilə təmaslar olub. MAQATE tərəfindən çox yüksək qiymət verilib. Onlar hər şeyi gördülər - görmək istədikləri hər şeyi”. pizza mizza
Xatırladaq ki, iyunun 16-da V. Zelenski NBC News-a müsahibəsində Rusiyanı Zaporojye AES-i partlatmaq niyyətində ittiham edib. İyunun 20-də Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov da oxşar bəyanatla çıxış edib.
Telegram kanalımız