Həftəsonu ekranlara çıxan “Cənnətin xanımı” ("The Lady of Heaven") filminə İngiltərə müsəlmanları sərt təpki verib.
Yenisabah.az xəbər verir ki, film hz. Məhəmmədin (ə.) qızı Fatimədən (ə.) hekayəsindən bəhs edir.
Ölkənin məşhur kinoteatrları filmi nümayişdən çıxarsa da, onlardan biri filmi yayınlamağa davam edib. Pepperoni pizza
Londonda yerləşən “Westfield Stratford City” ticarət mərkəzinin “Vue” kinoteatrının qarşısına toplaşan qəzəbli izdiham filmin afişalarının yığışdırılmasını və nümayişdən çıxarılmasını tələb edib.
Etirazçlardan biri deyib: “"Bu filmdə nə var?" deyə maraqlananlara sözüm budur ki, film dini təhqir edir və qaradərililəri aşağılayır. Buna baxmayaraq, “Vue” kinoteatrı filmi hələ də nümayiş etdirməkdə israrlıdır. Biz bu filmin yayımının dayandırılmasını istəyirik”.
Kinoteatrların filmin yayımını dayandırmasına Lordlar Palatasındakı Kler Foks da reaksiya verib:
"Bu, sənət üçün fəlakət, ifadə azadlığı üçün təhlükəlidir, kimlik siyasətinin demokratiya üçün təhlükə olmadığını iddia edənlərə bu hadisə dərs olsun".
Filmin icraçı prodüseri Malik Şlibak “Cənnətin xanımı” yayımın dayandırılmasını qəbuledilməz adlandırıb və kinoteatrları radikal ekstremistlərə təslim olmaqda ittiham edib.
Sosial media hesabından təhdid mesajları aldığını deyən Şlibak deyib: "Mənə “səni öldürəcəm” yazan yüzlərlə adam var. Onlar hətta məni bidətçi adlandırıblar. Amma mən qorxmuram! Məni ölümlə hədələyirlər və bu, 5 ildir davam edir".
Qeyd edək ki, 12 milyon funt-sterlinq büdcə ilə çəkilən film həftə sonu İngiltərədə nümayiş olunub.
Telegram kanalımız