Xalq artisti Niyaməddin Musayevin “peyvənd vurdurmamışam, buna baxmayaraq toylarda iştirak edirəm” deməsi müzakirələrə səbəb olub.
Sənətçinin tək özünü deyil, məclis iştirakçılarını da təhlükəyə atması haqda iddialar səsləndirilib. Bu iddialar 81 yaşlı sənətçini kəskin tənqidlərlə üz-üzə qoyub.
Yenisabah.az-a danışan Musayev fikirlərinin düzgün anlaşılmadığını deyib. O, vaksin olunmamaq üçün tutarlı səbəbi olduğunu qeyd edib: pizza hut
“Hamı mediadan qaçır. Lazımsız adamlar zəng edib hamının başını xarab edirlər. Vaksin olunmamışam, bəli. Mən düzgün olan nədirsə, onu deyirəm. Mən koronavirusu yaxın aylarda keçirdiyim üçün vaksin vurdurmamışam. Burada böyüdüləcək nə problem var? 6 aydan sonra vaksini vuracaqlar. Məclisə gedəndə də bunu bilirlər deyə mənə oxumağa icazə verilir. Haqqımda qanunu pozur görüntüsü yaradanlar mənasız adamlardır”.
Əsmətxanım
Telegram kanalımız