Pezeşkianın arxasında dayanan şəxs kimdir? - Foto

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkianın arxasında dayanan şəxs kimdir? - Foto

Siyasət

28 Aprel 2025 16:41 9245


Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. İran Prezidentinin Azərbaycana səfərində 120 nəfərdən ibarət heyətdə özəl sektorun nümayəndələri, İran və Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri və İranın şimal-qərbində yerləşən 4 vilayətin valisi yer alıb.

“Yeni Sabah” Unikal-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb. Hər iki lideri birgə foto çəkdirib.

Maraqlısı budur ki, çəkiliş zamanı İran liderinin arxasında dayanan şəxs diqqət çəkib. Məlumata görə o, Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Prezidentin Müdafiə Qrupunun rəhbəri Əmir Seyid Məhəmməd Rza Hüseynidir. Ordu qarnizonunun komandiri olmuş general həm də İbrahim Rəisinin dönəmindən etibarən prezidentin xüsusi köməkçisidir. Sezar pizza

O, protokol qaydalarına görə hər zaman digər dövlətlərin rəsmilərini yola salanda və qarşılayanda onları müşayiət edir, prezidentlər təntənəli kortejdən keçəndə və ölkələrin dövlət himnləri səsləndiriləndə onların yanında dayanır. Həmçinin komandanlığa nəzarət, qarşılanma və yolasalma tədbirlərininin təşkili də İran prezidentinin köməkçisinin vəzifələrindəndir.

Prezidentin köməkçisinin xarici səfərlər zamanı digər mühüm vəzifəsi dövlət başçısını rəsmi mərasimlərin sirləri ilə yaxından tanış etmək, həyata keçirilməsi lazım olan gülqoyma mərasimləri, xatirə kitabına imza atmaq və bu kimi məsələlərdən tam bilik tələb edən mərasim ayinlərinin dəqiq yerinə yetirilməsinə xüsusi qayğı ilə yanaşmaqdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!