“Pis nə iş görmüşük ki...” - Şəhid qardaşı nişanlanmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Pis nə iş görmüşük ki...” - Şəhid qardaşı nişanlanmasından danışdı

Sosial

27 Aprel 2023 19:57 32157


"Bəli, nişanlanmışıq. Pis nə etmişik ki?"

Yenisabah.az xəbər verir ki, bunu News24.az-a açıqlamasında şəhid Elçin Mustafazadənin qardaşı Elvin Mustafazadə deyib: 

"Bizim nişanlanmağımız bu insanları niyə maraqlandırır axı... Kimin nəyinə lazımdır?! Mən heç kimə heç nə açıqlamaq məcburiyyətində deyiləm. Nə istəyirlər, onu da düşünsünlər. Mənim böyüklərim var, öz qərarlarım var. İnsanların sosial şəbəkədə nə yazması məni maraqlandırmır. Nişan şəkillərini də məndən icazəsiz paylaşıblar. Şəhidin evinin yerini bilməyən, ailəsini tanımayan insanlar indi bizi müzakirə edirlər?! Bəli, nişanlanmışıq. Pis nə etmişik ki? Məleykə istədiyi zaman gedib qardaşımın məzarını ziyarət edəcək. İstədiyi zaman onun haqqında danışacaq".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!