Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Polad Bülbüloğlu ata evində: “Yuxumuza da gəlməzdi ki...“
18 Sen 2021 12:01
937

Polad Bülbüloğlu ata evində: “Yuxumuza da gəlməzdi ki...“

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”.

Yenisabah.az xəbər verir ki, bunu Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı ilə bağlı Şuşaya səfər zamanı Bülbülün ev muzeyinə baş çəkən Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Səfir deyib ki, sonra da evin iki divarı çöküb:

“Ömür-gün elə gətirib ki, mən bura 2007-ci ildə və 2019-cu ildə gəlmişdim. 2007-ci ildə Şuşaya Fərhad Bədəlbəyli də gəlmişdi. Təbii ki, 2007-ci ildə mən də, Fərhad Bədəlbəyli də tamam ayrı hisslər keçirirdik. Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi. Allaha şükür ki, bu günü də gördük.

Hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Keçən il bu vaxt bizim yuxumuza da gələ bilməzdi ki, 1 ildən sonra biz Şuşada Bülbülün ev muzeyini bərpa edəcəyik, Üzeyir Hacıbəyovun abidəsi təzədən qoyulacaq, Şuşada yüksək səviyyəli tədbirlər keçiriləcək. Mən çox şadam ki, musiqiçi dostlarım, bəstəkarlar, musiqişünaslar bu gün Şuşaya gəliblər. Bu, böyük bir bayramdır”. / APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər