9 Avqust - 06:04
Polis təqibindən qaçan yük maşını 17 şagirdi öldürdü

Polis təqibindən qaçan yük maşını 17 şagirdi öldürdü

Dünya

08 Dekabr 2021 13:30 434


Nigeriyanın ən böyük şəhəri olan Laqosda yük maşını sürücüsü 17 şagirdi vurub.

Yenisabah "Vanguard"a istinadla xəbər verir ki, qəza malların çatdırılması üçün nəzərdə tutulan avtomobilin sürücüsü polisin təqibindən qaçarkən baş verib.

17 məktəbli ölüb, müxtəlif dərəcəli xəsarətlər alan digər məktəblilərin dəqiq sayı hələ müəyyən edilməyib.

Qəzəbli sakinlərdən ibarət izdiham hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan sürücünü linç etməyə çalışıb. Yük maşını yanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!