Polisin axtardığı məşhur hamını təəccübləndirdi:   “Quran”dan ayə paylaşaraq...

saytların hazırlanması

Evə çatdırılma

Polisin axtardığı məşhur hamını təəccübləndirdi: “Quran”dan ayə paylaşaraq...

Şou

19 Dekabr 2025 12:48 473


Türkiyənin media maqnatı Acun İlıcalının keçmiş həyat yoldaşı, hazırda axtarışda olan sosial media fenomeni Şeyma Subaşı barəsində yayılan xəbərlərə “Qurani-Kərim”dən ayə paylaşaraq cavab verib.

“Yeni Sabah”ın xəbərinə görə, xaricdə olduğunu bildirən S.Subaşı yaxın vaxtlarda Türkiyəyə qayıdacağını deyib.

“Bu gün barəmdə yayılan xəbərlərlə bağlı açıqlama verməyə ehtiyac duyuram. Hazırda xaricdəyəm, yaxın zamanlarda ölkəmə qayıdacağam. Qayıtdıqdan sonra məsələ ilə bağlı daha ətraflı açıqlama verə biləcəyəm”. Sezar pizza

Onun paylaşımı qısa zamanda geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, ötən gün İstanbul Baş Prokurorluğu tərəfindən tanınmış simaların evlərində axtarış aparılıb. Saxlanılan məşhurlardan Danla Biliç, İrem Sak və Aleyna Tilki polis bölməsində ifadə verdikdən sonra sərbəst buraxılıblar.

Şeyma Subaşından başqa aktrisa Melisa Döngel, müğənni Yusuf Güney və jurnalist Cihan Şensözoğlunun da saxlanılması üçün yaşadıqları ünvanlarda axtarış aparılıb. Lakin onlar evdə tapılmayıblar. Bu səbəbdən barələrində axtarış elan olunub.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!