Polşa Belarusla müharibəyə hazırlaşır? - Müdafiə naziri danışdı

saytların hazırlanması

Evə çatdırılma

Polşa Belarusla müharibəyə hazırlaşır? - Müdafiə naziri danışdı

Dünya

24 İyul 2023 14:11 804


“Polşa Belarusla Rusiya Federasiyasının Kalininqrad vilayəti arasında yerləşən Suvalki vilayətinin Avqustov şəhərində istehkamçı batalyon yaradacaq”. 

Yenisabah.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak sosial şəbəkə hesabında məlumat verib.

“Bu, bizim sıfırdan tikdiyimiz daha bir hərbi hissədir və sizi əmin edirəm ki, bu, sonuncu olmayacaq”, - o yazıb. pizza

Nazir qeyd edib ki, o, Polşa əsgərlərini ölkənin təhlükəsizliyinin ən yaxşı təminatı hesab edir. O, yaxın vaxtlarda yeni müdafiə sərmayələrini açıqlayacağını da qeyd edib.

Qeyd edək ki, son günlər Polşanın Belarusla hərbi münaqişə planlaşdırması ilə bağlı şayiələr aktivləşib. Beynəlxalq analitiklərin fikrincə, bölgədə Ukraynadan sonra ikinci münaqişənin yaranması ehtimalı çoxdur.

Moskva və Minsk isə Varşavadan gözlənilən təhlükəsizlik təhdidlərini ən yüksək səviyyədə bəyan ediblər. Onlar qeyd ediblər ki, Polşa tərəfi Ukrayna münaqişəsinə NATO-nu da cəlb etmək niyyətindədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!