Polşa Ukrayna ərazisini işğal etmək istəyir - Putin

saytların hazırlanması

Evə çatdırılma

Polşa Ukrayna ərazisini işğal etmək istəyir - Putin

Dünya

21 İyul 2023 15:42 832


Polşa Ukrayna ərazisini işğal etməyi planlaşdırır. 

Yenisabah.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib. 

“Polşa liderlərinə gəlincə, yəqin ki, onlar NATO çətiri altında hansısa koalisiya yaratmağı və Ukraynadakı münaqişəyə birbaşa müdaxilə etməyi, daha sonra özlərinə daha yağlı bir parça qoparmağı, Qərbi Ukraynanı geri qaytarmağı gözləyirlər”, - Putin deyib.  Sezar pizza

“İndiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir, Varşavadakı dostlarımız bunu unudublarmı? Biz sizə xatırladacağıq”, - Rusiya prezidenti əlavə edib. 

Putin qeyd edib ki, ABŞ Avropanın mövqelərini zəiflətmək və Ukrayna münaqişəsini uzatmaq vasitəsilə faydalar əldə etmək məntiqi ilə hərəkət edir. 

"Söhbət Avropanın zəifləməsindən faydalanan okeanın o biri tərəfindəki qlobal hegemonun maraqlarının qorunmasından gedir. Ukrayna münaqişəsinin sonsuza qədər uzanması onun üçün faydalıdır”, - o vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!