Polşa Ukraynaya “F-16” qırıcıları verməyə hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Polşa Ukraynaya “F-16” qırıcıları verməyə hazırdır

Dünya

30 Yanvar 2023 16:17 583


“Polşa NATO-nun koordinatorluğu ilə Ukraynaya “F-16” qırıcıları verməyə hazırdır”.

Yenisabah.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski bildirib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl “MiQ”lərin tədarükündə olduğu kimi, istənilən hərbi hava qüvvələri də NATO ölkələri ilə koordinasiya halında bunu həyata keçirə bilər: pizza mizza

“Burada da biz tam koordinasiyalı hərəkət edəcəyik”.

Ukrayna hakimiyyəti yeni hərbi yardımın birinci mərhələsi çərçivəsində beynəlxalq müttəfiqlərdən 24 qırıcı təyyarə almağı planlaşdırır. ABŞ rəsmiləri “F-16” qırıcılarının Kiyevə verilməsinə çalışır. Ukrayna Silahlı Qüvvələri isə müttəfiqlərinə 180-ə yaxın belə təyyarə lazım olduğunu bildirib. Bununla yanaşı, Almaniya hakimiyyəti qırıcı təyyarələrinin tədarükünü istisna edir. Böyük Britaniya isə Rusiya qoşunlarını çıxaracağı halda qırıcıları təhvil verə biləcəyini deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!