Polşada İkinci Dünya Müharibəsi dövrünə aid kütləvi məzarlıq tapıldı 

saytların hazırlanması

Evə çatdırılma

Polşada İkinci Dünya Müharibəsi dövrünə aid kütləvi məzarlıq tapıldı 

Dünya

25 May 2023 16:04 739


Polşanın Vrotslav şəhərindəki villanın bağçasında aparılan qazıntı işləri zamanı İkinci Dünya Müharibəsinə dövrünə aid 128 nəfərlik kütləvi məzarlıq aşkar edilib. 

“AzPolitika.info” xəbər verir ki, tapılan cəsədlərin o dövrdə Almaniyanın tərkibində olan və İkinci Dünya Müharibəsinin son aylarında Qırmızı Ordu tərəfindən həyata keçirilən “Breslau” mühasirəsi zamanı həyatını itirən alman vətəndaşlarına aid olduğu bildirilir. 

Həmçinin cəsədlərdən 120-nin uşaq və qocalar da daxil olmaqla mülki şəxs olduğu müəyyən edilib.  pizza sifarişi

Digər 8 nəfərin isə İkinci Dünya Müharibəsinin sonlarına doğru Adolf Hitlerin əmri ilə alman kişilərindən yaradılan xalq-azadlıq ordusunun əsgərləri olduğu bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!