“Porche” ilə sərxoş halda avtoxuliqanlıq edən qadın HƏBS OLUNUB

saytların hazırlanması

Evə çatdırılma

“Porche” ilə sərxoş halda avtoxuliqanlıq edən qadın HƏBS OLUNUB

Kriminal

01 May 2025 17:00 498


Bakıda "Porche" ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.

Yenisabah.az xəbər verir ki, Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə "Porche" markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin "saxla" işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib. Dördpendirli pizza

Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!