Premyer Liqa Bakı Kristal Zalında keçiriləcək
13 Yan 2021 23:20
383

Premyer Liqa Bakı Kristal Zalında keçiriləcək

Bakıda keçiriləcək karate üzrə Premyer Liqa turnirinin proqramı bəlli olub.

Yenisabah.az xəbər verir ki, yarışdan əvvəl karate hakimləri üçün 7-11 mart tarixlərində kurs keçiriləcək və onlardan imtahan götürüləcək.

Yarış isə 12-14 mart tarixlərində baş tutacaq. Kişi və qadın karateçilər üzrə beş kateqoriya çəki dərəcəsində döyüşlər keçiriləcək.

Kumite və kata yarışlarında qızıl medalçılar 750 avro qazanacaq. 500 avro gümüş medalçılara, 200 avro isə bürünc mükafatçılara veriləcək.

Qeyd edək ki, yarış I Avropa Oyunlarında olduğu kimi, Bakı Kristal Zalında keçiriləcək.  /Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər