YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Prezident: “Ölkəmizə gələn rusiyalılar qorunmalıdır“

Prezident: “Ölkəmizə gələn rusiyalılar qorunmalıdır“

Dünya

27 Sentyabr 2022 12:03 537


"Yaxınnılığımızda böyük müharibə gedir. Bunu nəzərə alaraq, ilk növbədə, ölkəmizin təhlükəsizliyini düşünməliyik".

Yenisabah.az "Informburo.kz"a istinadla xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.

O bildirib: “Dövlətlərin ərazi bütövlüyü sarsılmaz olmalıdır. Bu, əsas prinsipdir. Mən bu barədə həmişə beynəlxalq aləmdə açıq və aydın demişəm. Təsadüfi deyil ki, bu yaxınlarda BMT-nin ən yüksək tribunasındakı çıxışımda bunu bir daha vurğuladım. Yaxınlığımızda böyük bir müharibə gedir. Bunu nəzərə alaraq, ilk növbədə, ölkəmizin təhlükəsizliyini düşünməliyik”.

Tokayev rusiyalıların Qazaxıstana miqrasiyası ilə bağlı məsələyə də toxunub. O vurğulayıb ki, ölkə qonşuları ilə dostluq münasibətlərini saxlamalıdır:

“Son günlər Rusiyadan ölkəmizə xeyli adam gəlir. Onların əksəriyyəti indiki ümidsiz vəziyyətə görə oranı tərk etmək məcburiyyətindədir. Biz onların qayğısına qalmalı, təhlükəsizliyini təmin etməliyik. Bu, siyasi və humanitar məsələdir. Mən hökumətə lazımi tədbirlər görməyi tapşırdım”.

Xatırladaq ki, daha əvvəl baş nazir Əlixan Smailov Rusiya Federasiyasında qismən səfərbərlik fonunda ölkədə təhlükəsizliyin təmin edilməsi və Qazaxıstana gələn Rusiya vətəndaşlarına yardım göstərilməsi barədə göstəriş vermişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!