18 Avqust - 05:52
Prezident: “Qanunsuz erməni hərbi birləşmələri ərazimizdən çıxarılmalıdır”

Prezident: “Qanunsuz erməni hərbi birləşmələri ərazimizdən çıxarılmalıdır”

Siyasət

05 Avqust 2022 08:55 567


Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir.

Yenisabah.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

“Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir”, - deyə dövlət başçısı əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!