Prezidentdən Cahangir Əsgərovla bağlı SƏRƏNCAM
11 İyl 2020 10:56
3487

Prezidentdən Cahangir Əsgərovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Cahangir Əsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, C.Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir. O, 11 iyul 1950-ci ildə Bakıda anadan olub. Bu gün C.Əsgərovun 70 yaşı tamam olur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər