Prezidentdən Tarif Şurası ilə bağlı FƏRMAN

saytların hazırlanması

Evə çatdırılma

Prezidentdən Tarif Şurası ilə bağlı FƏRMAN

Sosial

13 Noyabr 2023 15:05 1309


Azərbaycanda universal poçt rabitəsi xidmətlərinin tariflərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müəyyən edəcək.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanda qeyd edilib.

 Yeni fərmana əsasən, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanının 3.6-cı bəndi və “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsində dəyişiklik edilib. pizza

Bu dəyişikliklə universal poçt tariflərinin tənzimlənməsi funksiyası Tarif (Qiymət) Şurasından alınaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

Fərmanda göstərilir ki, RİNN tarifləri müəyyən edərkən İqtisadiyyat və Maliyyə nazirliklərinin rəylərini nəzərə almalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!