Prezidentin işdən çıxardığı 19 illik icra başçısı   - DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin işdən çıxardığı 19 illik icra başçısı - DOSYE

Siyasət

16 May 2020 15:23 4552


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, N.İsmayılov 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.

Sabiq icra başçısı buna qədər Göyçay, Şamaxı və Sabirabad rayonlarında 18 il icra başçısı kimi çalışıb.  Sezar pizza

N.İsmayılov 1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Qeyd edək ki, icra başçısı və onun oğlu Anar İsmayılov barəsində mətbuatda müxtəlif zamanlarda tənqidi məlumatlar yer alıb. Belə ki, icra başçısısın oğlunun xaricdə mülk sahibi olması, bahalı maşınlar əldə etməsi haqda dəfələrlə xəbərlər paylaşılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!