Prezidentin pişiklə fotosu gündəm oldu

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin pişiklə fotosu gündəm oldu

Siyasət

03 Dekabr 2022 11:04 3602


Prezident İlham Əliyevin bölgə səfərləri zamanı pişiklərlə olan görüntüləri son zamanlar tez-tez gündəm olur.

Yenisabah.az xəbər verir ki, bəziləri həmin fotoları siyasiləşdirərək ona müxtəlif don geyindirir, bir qisim insan isə bunu dövlət başçısının heyvansevərliyi kimi xarakterizə edir.

Prezidentin son Şəki səfəri zamanı da qarşısına pişik çıxıb və dövlət başçısı ona nəvazişlə sığal çəkib. Pepperoni pizza

Prezident Əliyevin pişiklə olan ilk görüntüsü 21 oktyabr 2021-ci ildə yayılıb. Onun Zəngilan rayonunun Ağalı kəndində pişiyi sığallaması sosial şəbəkələrdə böyük paylaşımla müşahidə olunub.

Sonrakı görüntülər 2022-ci ilin yazına aiddir. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar. Həmin səfər zamanı da Prezidentin Şuşada pişiklə çəkilən görüntüləri hər kəsdə maraq oyadıb.

Son görüntülər isə ötən gün qeydə alınıb. Bu haqda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva paylaşım edib. O, Prezident İlham Əliyevin Şəki səfəri zamanı pişiklə olan görüntüsünü rəsmi "Instagram" səhifəsində paylaşıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!