Prezidentin səs verdiyi dairənin deputatı KİM OLDU? - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin səs verdiyi dairənin deputatı KİM OLDU? - FOTO

Siyasət

02 Sentyabr 2024 15:08 723


Xəbər verdiyimiz kimi, Azərbaycanda ötən gün keçirilən növbədənkənar parlament seçkilərinin son nəticələri açıqlanıb.

Parlament seçkilərində Prezident İlham Əliyevin səs verdiyi dairədən Nigar Arpadari qalib gəlib. O, böyük səs üstünlüyü ilə deputat mandatını qazanaraq Milli Məclisin üzvü olub. Arpadari seçkilər boyunca apardığı kampaniya və verdiyi vədlərlə seçicilərin etimadını qazanmağı bacardı.

Nigar Arpadari parlamentdəki fəaliyyətində xalqın maraqlarını qoruyacağını və verdiyi bütün vədləri yerinə yetirəcəyini bildirib. Bu nəticə ölkədə demokratik seçki prosesinin uğurunu və xalqın iradəsini ortaya qoyur. pizza sifarişi

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər.

Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 579 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 8 namizəd mübarizə aparıb.//News24.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!