Prezidentin “Şöhrət” ordeni ilə təltif etdiyi Jalə Əliyeva KİMDİR?

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin “Şöhrət” ordeni ilə təltif etdiyi Jalə Əliyeva KİMDİR?

Siyasət

05 Oktyabr 2026 11:00 321


Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.

“Yeni Sabah” “Şöhrət” ordeninə layiq görülən deputatla bağlı maraqlı faktları təqdim edir:

Əliyeva Jalə Fazil qızı 1966-cı il oktyabrın 5-də Bakı şəhərində dünyaya gəlib. Şairə Nurəngiz Günün yeganə övladıdır və 1 övlad anasıdır. Dördpendirli pizza

1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olub və 1988-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində dövrün en ali mükafatı hesab edilən Lenin təqaüdünü alıb, həmçinin universitet elmi şurasının üzvü və fakültə komsomol komitəsinin katibi kimi fəaliyyət göstərib. 1994-cü ildə BDU-nun aspiranturasını, 1998-ci ildə isə həmin universitetin Hüquq fakültəsini bitirərək ikinci ali təhsilə yiyələnib.

Pedaqoji fəaliyyətinə 1988-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsində başlayıb. Hazırda BDU-nun Türk filologiyası kafedrasının professoru və Şərqşünaslıq fakültəsi Elmi Şurasının üzvüdür. 1996-cı ildə "Füzulişünaslığın təşəkkülü və inkişaf meylləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi, 2006-cı ildə "Çağdaş Türk şeirinin poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 2007-ci ildə Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsini alıb. AAK-ın qərarları ilə ona 2012-ci ildə dosent, 2014-cü ildə isə professor elmi adları verilib

O, AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının və AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat Muzeyinin Elmi Şurasının üzvüdür. 100-ə yakın elmi məqalənin, 4 elmi monoqrafiyanın, 1 dərs vəsaitinin və 1 metodik vəsaitin müəllifidir. Bundan əlavə, 3 elmi araşdırma kitabı və 2 monoqrafiyaya elmi redaktorluq edib, 1 dissertasiya müdafiəsinə elmi rəhbərlik, 8 dissertasiya müdafiəsinə isə rəsmi opponentlik edib. Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) üzvüdür.

2005, 2010 və 2015-ci illərdə Üçüncü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini vəzifəsində çalışıb. Hazırda Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, Sosial siyasət komitəsinin üzvüdür.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, komitə sədr müavini və sədr vəzifələrinə seçilib. Hal-hazırda MDB Parlamentlərarası Assambleyasının üzvüdür. Əvvəllər Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri olub, 2024-cü il oktyabrın 8-dən isə Azərbaycan - Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Eyni zamanda Azərbaycanın Türkiyə, İtaliya, Hindistan, Almaniya, Avstriya və Yaponiya parlamentlərarası əlaqələr üzrə dostluq qruplarında təmsil olunur.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!