Prezidentlər Şuşada “Xan qızı” bulağında olub

saytların hazırlanması

Evə çatdırılma

Prezidentlər Şuşada “Xan qızı” bulağında olub

Siyasət

15 İyun 2021 18:16 1161


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan iyunun 15-də Şuşada "Xan qızı” bulağında olublar.

Yenisabah.az xəbər verir ki, Türkiyə Prezidentinə "Xan qızı” bulağı haqqında məlumat verilib.

Bildirilib ki, Şuşa işğaldan azad olunandan qısa müddət sonra istifadəyə verilən "Xan qızı” bulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə də tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xətti "Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı altında olduğu müddətdə suyu quruyan bulaq yenə də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir. Toyuqlu pizza

Diqqətə çatdırıldı ki, yaxın vaxtlarda bulağın ətrafı tamamilə abadlaşdırılacaq.

Sonda "Xan qızı” bulağının qarşısında xatirə şəkli çəkdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!