"Vaqner"in rəhbəri Yevgeni Priqojinə iyunun 24-də axtarışlar zamanı Rusiya müdafiə naziri Sergey Şoyqudan aldığı “Glock” tapançası və ondan götürülən digər silahlar qaytarılıb.
Yenisabah.az “Fontanka”ya istinadla xəbər verir ki, iyulun 4-də Priqojin Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İdarələrinə şəxsən baş çəkib və ora mühafizəçilərlə birgə gəlib.
Bundan əvvəl iş adamı "Severnı Versal" elit kottec kəndindəki iqamətgahında tapılan və müsadirə edilən silahları ona qaytarmağa rəsmi dəvət olunub. Pepperoni pizza
Arsenalın qaytarılması üçün rəsmi prosedur uzun sürməyib. Priqojin və onu müşayiət edən şəxslər silahı maşına qoyub getdilər.
"Glock"dan əlavə, ona 2 “Sayqga” karabini, bir Avstriya tüfəngli “Steyr Mannlicher”, “Arka” yarımavtomat tüfəngi və daha bir neçə tüfəng və tapança qaytarılıb.
Telegram kanalımız