Prokurorluq keçmiş arvadını öldürən şəxslə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Prokurorluq keçmiş arvadını öldürən şəxslə bağlı məlumat yaydı

Kriminal

02 Sentyabr 2021 10:22 924


2021-ci il mayın 28-də rayon sakini Rəna Xanaliyevanın qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb.

Cəlilabad Rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin keçmiş əri Cavid Bayramovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəna Xanaliyevanın iradəsi ziddinə mənzilinə daxil olaraq bıçaqla onu qəsdən öldürüb.

Cavid Bayramov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. pizza hut

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!