Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin "Fəxri Legion" ordenindən məhrum edilməsinin mümkünlüyünü istisna etməyib.
Yenisabah.az "France-Presse"ə istinadla xəbər verir ki, Putin bu ordeni 2006-cı ilin sentyabrında Fransa prezidenti Jak Şirakdan alıb.
E. Makron Rusiya Federasiyası prezidentinin "Fəxri Legion"dan məhrum edilməsini “rəmzi, lakin vacib məsələ” adlandırıb: pizza
“Mən heç nəyi istisna etmirəm... amma bu gün belə bir qərarım yoxdur. Belə qərarların bir çox mənası var və düşünürəm ki, onları qəbul etmək üçün düzgün an seçilməlidir”.
Putin "Fəxri Legion" ordeninin ən yüksək rütbəsinə layiq görülən ilk və yeganə rusiyalıdır.
Telegram kanalımız