Putin içkili halda kameralar qarşısına keçdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Putin içkili halda kameralar qarşısına keçdi - Video

Dünya

11 Dekabr 2022 09:49 5693


“Qonşu ölkənin enerji infrastrukturuna zərbələrimizlə bağlı çox səs-küy var. Bəli, biz bunu edirik. Bəs bunu kim başlatdı?...”

“AzPolitika.info” Britaniya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ötən gün Kreml sarayında baş tutan mükafatlandırma mərasimində deyib.

Putin elan edib ki, qlobal tənqid Rusiyanın döyüş missiyalarına mane olmayacaq. Pepperoni pizza

O, bu addımını Kiyevi Krım körpüsünə hücum, Kursk AES-dən gələn elektrik xətlərini partlatmaqda və Ukraynanın şərqindəki Donetskə su verməməkdə ittiham etməklə əsaslandırıb.

“Bir milyondan çox əhalisi olan şəhərə su verilməməsi soyqırım aktıdır”, - Putin bildirib.

Qeyd edək ki, videoda Putinin içkili olduğu görünür. Əlində içki bardağı tutan diktator bədənini yellədə-yellədə danışır və danışığında dağınıqlıq müşahidə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!