Putin Kadırovu Aleksandr Nevski ordeni ilə təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Kadırovu Aleksandr Nevski ordeni ilə təltif etdi

Dünya

22 Dekabr 2022 17:57 731


Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova Aleksandr Nevski ordeni ilə təltif edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Kadırov öz “Telegram” kanalında yazıb.

"Dostlar! Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına və böyük dövlət əhəmiyyətli vəzifələrin səmərəli həllinə verdiyim böyük töhfəyə görə yüksək mükafata - Aleksandr Nevski ordeni ilə təltif olundum. Vətənimizin rifahı naminə xidmətdə göstərdiyim təvazökar xidmətlərimin belə qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Hamımız üçün əsl lider və əsl vətənpərvərliyin bariz nümunəsi olan Ali Baş Komandanın əlindən belə əlamətdar mükafatı almaqdan hədsiz qürur duyuram!", - deyə Kadırov qeyd edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!