Rusiya həm kommersiya, həm də təmənnasız olaraq Ukrayna taxılını əvəz edə bilir.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildiri.
“Sizi əmin etmək istəyirəm ki, ölkəmiz Ukrayna taxılını həm kommersiya, həm də təmınnasız əvəz edə bilər. Bu il biz yenə rekord məhsul gözləyirik”, - deyə Putin hökumət üzvləri ilə görüşdə deyib. Marqarita pizza
Eyni zamanda, Rusiya prezident qeyd edib ki, Qərb təkcə “taxıl sövdələşməsi”nə deyil, həm də Rusiyanın ən kasıb ölkələrə təmənnasız olaraq taxıl və gübrə verilməsinə mane olub:
"Praktik olaraq onlar sazişin normal işləməsini təmin etmək üçün heç bir iş görmədilər, lakin Qərbdəki qondarma partnyorlarımız sövdələşməni pozmaq üçün səylərini əsirgəmədilər. Onu pozmaq üçün hər şeyi etdilər. Ukraynadan taxıl ixrac edən və yenidən satan Amerika və Avropanın biznes nəhəngləri ondan zənginləşdirmək üçün istifadə edilib”.
Putinin sözlərinə görə, demək olar ki, bir il ərzində Ukrayna ilə sövdələşmə çərçivəsində ümumən 32,8 milyon ton yük ixrac edilib ki, bunun da 70%-dən çoxu zəngin ölkələrə, ilk növbədə, Aİ dövlətlərinə gedib. Eyni zamanda, Efiopiya, Sudan, Somali, Əfqanıstan, Yəmən kimi ölkələr ümumi həcmin 3%-dən azını təşkil edib: 1 milyon tondan az.
Telegram kanalımız