Putin Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin sayını artırdı

saytların hazırlanması

Evə çatdırılma

Putin Rusiya Silahlı Qüvvələrinin hərbçilərinin sayını artırdı

Dünya

25 Avqust 2022 18:16 1163


Rusiya prezidenti Vladimir Putin gələn ilin əvvəlinə qədər Rusiya ordusundakı əsgərlərin sayının 137 min nəfər artırılması haqqında qərar imzalayıb.

Yenisabah.az xəbər verir ki, “Russia Legal Information” internet portalında dərc olunan qərara görə, Putin Rusiya Federasiyası Silahlı Qüvvələrinin şəxsi heyətinin 2 milyon 39 min 758 nəfər olmasını əmr edib ki, onlardan 1 milyon 150 min 628-i əsgərdir.

Yeni qərara əsasən, 2023-cü ilin əvvəlinə qədər Rusiya ordusundakı əsgərlərin sayı 137 min nəfər artacaq. Marqarita pizza

17 noyabr 2017-ci il tarixli əvvəlki qərara əsasən, 2018-ci ilin əvvəlinə qədər Rusiya Silahlı Qüvvələrində 1 milyon 13 min 628-i əsgər olmaqla, ümumilikdə 1 milyon 902 min 758 şəxsi heyətin formalaşdırılması əmri verilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!