4 İyul - 04:34
“Putin Rusiyasının məğlubiyyəti Ukraynanın qələbəsi demək deyil“

“Putin Rusiyasının məğlubiyyəti Ukraynanın qələbəsi demək deyil“

Siyasət

26 May 2022 11:32 1346


"İlin əvvəlindən susmuş Soros və “kölgə”dən çıxan Kissincer birdən danışmağa başladılar..."

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov öz "Facebook" səhifəsində yazıb.

O, şərhinin davamında qeyd edib:

"Buna görə də, gələcəyin ehtimal olunan mənzərəsini hansı əsas tezislərin formalaşdırdığına dair anlayışımı yazmaq qərarına gəldim:

- Rusiyanın imperiya keçmişindən tarixi və ya sivilizasiyalı uzaqlaşması əvvəlcədən müəyyən edilib və qaçılmazdır;

- “imperiya ideologiyası”nın məğlubiyyəti Rusiyanın gələcəkdə Avrasiyada ən mühüm geosiyasi oyunçulardan biri olmayacağı anlamına gəlmir;

- Putin Rusiyasının müharibədə məğlub olması Ukraynanın qələbəsi demək deyil;

- Ukraynanın, eləcə də digər dövlətlərin ərazi bütövlüyü “dünya oyunçuları” tərəfindən bu geosiyasi prosesin finalı üçün ilkin şərt kimi qəbul edilmir;

- Rusiya tərəfindən postsovet məkanının “kurasiyası” dövrünün başa çatması yeni geosiyasi strukturların və ittifaqların formalaşması mərhələsinin başlanğıcı deməkdir;

- Azərbaycan-Türkiyə tandemi belə birliklərin ilk modelidir;

- NATO və Aİ-də davam edən daxili struktur böhranları üzv dövlətləri müdafiə və iqtisadi birliklərin yeni konfiqurasiyaları axtarmağa məcbur edəcək.

Başlanğıcının elan edildiyi yeni dövr artıq Ukraynadakı hərbi əməliyyatların coğrafi baxımdan necə başa çatacağından asılı deyil".

Xatırladaq ki, Corc Soros Qərb sivilizasiyasının saxlanması üçün Putinin məhv edilməsin, Henri Kissincer isə, əksinə, Ukraynanın Rusiyaya ərazi güzəşti getməsinin vacibliyini vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!