Putin Rüstəm Muradova general-polkovnik rütbəsi verdi

saytların hazırlanması

Evə çatdırılma

Putin Rüstəm Muradova general-polkovnik rütbəsi verdi

Dünya

18 Fevral 2023 08:42 1265


Rusiya ordusunun Şərq Hərbi Dairəsinin komandiri Rüstəm Muradova general-polkovnik rütbəsi verilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qərb Hərbi Dairəsinin komandiri Yevgeni Nikiforov da general-polkovnik rütbəsi ilə təltif olunub. Pepperoni pizza

Bundan əvvəl general-leytenant rütbəsi daşıyan Rüstəm Muradov ötən il Şərq Hərbi Dairəsinin komandiri təyin olunub. 

Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır. 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!