Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşlarda prezidentin xaricdə silahlı qüvvələrdən istifadə səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən qanunu təsdiqləyib.
"Yeni Sabah" xəbər verir ki, "Vətəndaşlıq haqqında" və "Müdafiə haqqında" federal qanunlara düzəliş edən sənədə görə, Vladimir Putin artıq xaricdə "saxlanılma, həbs, cinayət təqibi və digər hallarda" "Rusiya vətəndaşlarını qorumaq" üçün ordudan istifadə edə biləcək.
Qanuna izahat qeydinə görə, bu, "Rusiya Federasiyasının iştirakı olmadan səlahiyyətləri olan məhkəmələr", eləcə də Rusiyanın tanımadığı beynəlxalq məhkəmə orqanları Rusiya vətəndaşlarını xaricdə həbs etdiyi hallara aiddir. pizza mizza
Yekdilliklə qəbul edilən qanun (384 deputat lehinə səs verib, əleyhinə və ya bitərəf qalan yoxdur) "Rusiya vətəndaşlarının dost olmayan xarici dövlətlərin qanunsuz hərəkətlərindən qorunmasını gücləndirməyi" hədəfləyir.
"Təhlükəsizlik haqqında" federal qanunun hazırkı versiyasına görə, ölkələr və ya beynəlxalq qurumlar Rusiyada "Rusiya Federasiyasının maraqlarına zidd" və ya "ictimai asayişin təməli" qərarları qəbul edərsə, prezidentin xaricə qoşun göndərmək hüququ var.
Telegram kanalımız