Putinin andiçməsinə gedən amerikalı aktyora sanksiya tətbiq olunacaq 

saytların hazırlanması

Evə çatdırılma

Putinin andiçməsinə gedən amerikalı aktyora sanksiya tətbiq olunacaq 

Dünya

09 May 2024 17:18 690


Avropa İttifaqı (Aİ) Rusiya prezidenti Vladimir Putinə simpatiyası ilə tanınan amerikalı aktyor Stiven Siqala məhdudiyyətlər qoymağı planlaşdırır. 

Modern.az xəbər verir ki, bu barədə EUobserver nəşri məlumat yayıb.

Nəşr yazır ki, Rusiyaya qarşı 14-cü sanksiyalar paketi Aİ-də təbliğat aparan və Avropa Parlamentinin üzvlərinə rüşvət verməyə cəhd edənlərə zərbə vuracaq. Pepperoni pizza

Putinin andiçmə mərasimində iştirak edən Stiven Siqal şəxsi sanksiyalara məruz qalacaq.

Avropa İttifaqının nümayəndəsi nəşrə bildirib ki, aktyorun hərəkətlərinin Ukraynaya zərərli olduğuna dair güclü hüquqi sübutlar olarsa, Seaqala qarşı dabha sərt sanksiyalar tətbiq edilə bilər.

Xatırladaq ki, Siqal mayın 7-də Vladimir Putinin andiçmə mərasimində iştirak edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!